Fermerlər Berlində həyatı iflic ediblər

post-img

Bu gün Berlində Brandenburq qapısında fermerlərin böyük tətili keçirilir.

Almaniyanın “Focus” nəşrinin yazdığına görə, şəhərin mərkəzi artıq iflic vəziyyətinə düşüb. Məlumatı “İzvestiya.ru” verib. 

Tətildə 3 min traktor, 2 min yük maşını və 10 min fermer iştirak edir. Aksiyaçılar Brandenburqla sərhəddəki beş nöqtədə toplaşıblar. Bazar günü axşam saatlarında polis toplaşma yerlərinin dolu olduğunu bildirib. O, həmçinin ictimai nəqliyyatda "ciddi problemlər" barədə xəbərdarlıq edib.

Fermerlər Brandenburq darvazasına beş toplama məntəqəsindən gəlməyə başlayıblar. Berlinin mərkəzində, polisin məlumatına görə, artıq 4 minə yaxın avtomobil toplanıb. Polis sözçüsü “Berliner Zeitung”-a deyib: “Gözləniləndən daha çox traktor var. Brandenburq qapısına çatmaq istəyən hər kəs ora çatmayacaq”.

“Bild”-in məlumatına görə, artıq 2 mindən çox traktor və yük maşını Qələbə Sütununun ətrafındakı hökumət ərazisinə giriş yolunu bağlayıb. Polis artıq peyinlə yüklənmiş bir neçə avtomobili də saxlayıb, lakin sonra nümayişçilərə bu yük olmadan daxil olmağa icazə verib.

“Deutschlandfunk” radiosu xəbər verir ki, Brandenburq qapısında keçiriləcək mitinqə minlərlə fermerdən əlavə, nəqliyyat sənayesi və balıqçılıq kimi digər sektorların, eləcə də xidmət sektoru nümayəndələrinin qatılacağı gözlənilir .

P.ƏMİRCANOV
XQ

Dünya