Azərbaycanın Ermənistana qarşı enerji təzminatı iddiası

post-img

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, ic­lasda ölkəmizi Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məm­mədovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib. 

Azərbaycan 2023-cü il fevralın 27-də Ermənistanın Enerji Xartiyası Müqaviləsinin çoxsaylı müddəaları­nı və beynəlxalq hüququn prinsip­lərini pozmasına əsasən kompen­sasiya tələbi ilə arbitraj prosesinə başlayıb. Azərbaycanın arbitraj bil­dirişində Ermənistanın 30 ilə yaxın qanunsuz işğal etdiyi ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazisi olan Qarabağ bölgəsində yerləşən enerji resursları üzərində ölkəmizin suveren hüquqlarını tanı­maqdan və onlara hörmətdən imti­na edərək, beynəlxalq öhdəliklərini pozduğu izah edilib.

Bildirilib ki, Ermənistan işğal dövründə Azərbaycanı qanunsuz olaraq öz enerji resurslarına çıxış və onları inkişaf etdirmək imkanla­rından məhrum edib, habelə həmin resursları öz istifadəsi və mənfəəti üçün zəbt edib. Azərbaycanın Qa­rabağ bölgəsində mövcud zəngin su, külək və günəş enerjisi ehti­yatlarından istifadəsinin də qarşısı alınıb.

Arbitraj prosesi məsələnin Azərbaycan ilə Ermənistan ara­sında diplomatik danışıqların bir neçə raundunda qənaətbəxş həl­lin tapılmamasından sonra Enerji Xartiyası Müqaviləsinə uyğun ola­raq başlanıb. İş üzrə qərar hər iki tərəfdən təyin olunmuş 3 hakimdən ibarət arbitraj məhkəməsi tərəfin­dən qəbul ediləcək. Arbitraj məh­kəməsindən Ermənistanın Enerji Xartiyası Müqaviləsi üzrə qanuni öhdəliklərini yerinə yetirməməsi ilə bağlı qəti qərarın verilməsi və bey­nəlxalq hüquq normalarına uyğun ədalətli təzminat tələb olunması sorğu edilib.

Siyasət