Qorxunun yaratdığı trayektoriya

post-img

Fransa və dünyadakı “erməni sevdası” haradan qidalanır? 

Mövzumuz qorxu barədədir. Yəni, Fran­sanın erməni qorxusu barədə. Yazının son­larına doğru bu qorxunun konkret nədən qaynaqlandığını diqqətə çatdıracağıq. Onu da görəcəksiniz ki, erməni qorxusu təkcə Fransa üçün aktual deyil. Sən demə, hamı er­mənilərdən ehtiyat edirmiş. Baxın, dünyanın müxtəlif ölkələrində erməni təəssübkeşliyi var və bunlar heç də səbəbsiz deyil...

Fransanın qatı ermənipərəst mövqe tutduğu aşkardır. Dəfələrlə görmüşük ki, bu ölkənin rəs­miləri bir murdar xislətli ermənidən daha murdar olmağa çalışırlar. Özü də iddialarını ağına-bozu­na baxmadan, bütün beynəlxalq hüquq norma­larını aşaraq ortaya qoyurlar. Ümumən, Fransa cəmiyyətinin də mövcud istiqamətdə “canfəşan­lığı” diqqətdən yayınmır. 

Bəli, rəsmi Parisin, o cümlədən, Prezident Emmanuel Makronun son dövrlər nümayiş etdir­diyi ermənipərəstliyin heç bir əndazəyə sığma­dığı məlumdur. Bir müddət əvvəl ölkənin sabiq prezidenti Fransua Olland da Fransa üçün er­məni amilini, az-qala, ölüm-dirim məsələsi kimi təqdim etmişdi. Onun sözlərindən belə çıxırdı ki, Ermənistanı müdafiə ölkəsi üçün son dərə­cə müqəddəs vəzifədir. Bir sözlə, Olland özünü tarixi Xaç yürüşlərinin ilhamvericisi kimi tanınan Roma papası II Urbana bənzətmişdi. Elə təəs­sürat yaratmışdı ki, İsa peyğəmbərin (ə.) qəb­ri Qüdsdə yox, İrəvandadır və onu xilas etmək dünya xristianlarının borcudur.

Əlbəttə, bu yerdə Fransadakı erməni lobbi və diaspor təşkilatları amili üzərin­də də dayanmaq lazımdır. Bu qurumlar ölkənin həyatına təsir göstərmək gücün­dədirlər. O cümlədən, seçkilərə. Ancaq bütün dediklərimizin fonunda yenə də sual yaranır: niyə Fransa Ermənista­nı dəstəkləyir? Nəyə görə İrəvan Paris üçün vazkeçilməzdir? 

Bəli, istər-istəməz bu bağlantıda hansısa başqa məqamlar da axtarmaq zərurəti meydana çıxır. Əlbəttə, ilk növ­bədə, mənəvi bağ barədə düşünmək mümkündür. Ancaq görürük ki, ermə­nilər Fransa cəmiyyətində nə qədər aktiv olsalar da, onların fəallığı klassik fransız estetik ruhu ilə çulğalaşmış du­rumda deyil. Məsələn, erməni varlığı Rusiyanın həyatında daha çox ziyalı ampluasındadır, nəinki Fransanın. Elə isə nə? Bəlkə elə qorxu?

Qorxu psixoloji baxımdan həm də yönləndirən vasitədir. Bəzən təkcə fərd­ləri yox, bütöv bir toplumu idarə edir. Bəzən də dövlətlər qəsdən yaratdıqları qorxu mifi ilə öz cəmiyyətlərini nizama salırlar. Məsələn, ermənilər tarixən türk­lərin böyüklüyündən qorxublar. Əlbəttə, eyni zamanda, onlara paxıllıq da edib­lər. Tədricən, paxıllıqları mərdimazarlığa çevrilib. Daha sonra isə nifrətə. 

Göründüyü kimi, ortada qorxunun müəyyənləşdirdiyi trayektoriya var. Yeri gəlmişkən, qorxunun yaratdığı gücün təsdiqi baxımından daha bir tarixi örnək də mövcuddur. Götürək, “monqol” ifadə­sini. Yəqin, fikir vermisinizsə, məişətdə, ara söhbətlərində kimsə qammaz, key təsir bağışlayan digərinə qeyri-ixtiyari “monqol” deyir. Sizcə, monqollar qan­mazdırlar? Xeyr! Bu deyimi üç yüz il Monqol imperiyasının əsarətində qalmış ruslar onlara olan qorxularını yenmək üçün işlədiblər. Təxminən belə: monqol, yəni vecsiz, əhəmiyyətsiz adam. 

Belə görünür, Fransa dövləti ermə­ni qorxusunu dəf etmək üçün heç bir iksir tapmayıb. Eləcə də digərləri. Bəs, qorxu nədəndir? Şübhəsiz ki, terrordan. Çünki erməni varlığının düz-əməlli ba­cardığı iş elə terrordur. Dediklərimizin təsdiqini “Армянский геноцид: миф и реальност” («Erməni soyqırımı: mif və reallıq») kitabında yazılanlarda da gör­mək mümkündür. Bu nəşrdə yer alanlar ən çox Fransanın, ümumilikdə isə dün­yanın erməni qorxusunun səbəblərinə aydınlıq gətirmək baxımından önəmlidir. 

Beləliklə, “Армянский геноцид: миф и реальност” kitabında Vaşinq­tondakı Türk Tədqiqatları İnstitutunun direktoru, professor Hit Louri tərəfindən 1973–1987-ci illərdə erməni terror təşki­latlarının dünyanın müxtəlif ölkələrində həyata keçirdikləri terror aktlarının sayı göstərilir. Sən demə, həmin illərdə er­mənilərin ən çox terror törətdikləri ölkə məhz Fransadır. Təkcə Fransada qeyd edilən zaman kəsiyində bu mənfur akt­ların nəticəsində ölənlərin sayı 87, yara­lananların sayı 360-dır. 

Kitabda, həmçinin 1973–1987-ci il­lərdə erməni terrorçularının dünyanın müxtəlif ölkələrində gerçəkləşdirdikləri aktların təsnifatı da verilib. Maraqlıdır ki, Fransadan sonrakı yeri ABŞ tutur. Fran­sada həmin mərhələdə 61 terror aktı törədilmişdisə, ABŞ-da bu rəqəm 22-dir. Siyahıda üçüncü yeri 20 terror aktı ilə Li­van tutur. O Livan ki, oradada da ermə­ni varlığına xüsusi yanaşılır. Maraqlıdır ki, Birinci dünya müharibəsindən son­ra əbədi bitərəfliyini elan edən İsveçrə siyahıda dördüncü yerdə qərarlaşıb. Burada erməni terror təşkilatlarının ger­çəkləşdirdikləri aktların sayı 19-dur. İlk beşliyi 14 terror aktı ilə İran tamamlayır. 

1973–1987-ci illərdə erməni terror təşkilatları İtaliyada 13, Belçikada 7, İspaniyada 6, Almaniyada 5, Türkiyə­də 5, Kanadada 5, Danimarkada 4, İn­giltərədə 4, Yunanıstanda 3, Avstriyada 3, Portuqaliyada 2, Avstraliyada 2 terror aktı törədiblər. Bundan başqa, həmin müddətdə Bolqarıstan, Lüksenburq və keçmiş Yuqoslaviya da erməni terroru­nun qəzəbinə tuş gəlmiş ölkələrdir. Bu terror aktlarının ümumi sayı 198 olub ki, nəticədə 143 şəxs həyatını itirib, 636 nəfər yaralanıb.

Əlbəttə, erməni terroru ilə bağlı di­gər faktlar da var. Yəni, “Армянский геноцид: миф и реальност” kitabı tək deyil. Ancaq elə yalnız bu kitabda yazı­lanlara diqqət yetirəndə Azərbaycanın 44 günlük müharibədə Ermənistanı diz çökdürməklə, necə böyük bəşəri missi­ya yerinə yetirdiyini görmək mümkündür. Tam qətiyyətlə demək olar ki, ölkəmizin Zəfəri terrora bulaşmış dünya ermənili­yinə də vurulmuş son dərəcə sarsıdıcı zərbədir. Amma görün, terror qorxusu dünyanın canına nə qədər hopub ki, yenə də ermənipərəstliyindən qalmır. 

Ə.RÜSTƏMOV
XQ



Siyasət