Paytaxt sənayesində 50 milyard manatlıq məhsul buraxılıb

post-img

Bu ilin yanvar-noyabr aylarında Bakı şəhəri üzrə sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 51,3 milyard manat təşkil edib.

Bakı Şəhər Statistika İdarəsindən verilən məlumata görə, sənaye məhsu­lunun 79,3 faizi mədənçıxarma, 17,9 fa­izi emal, 2,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchi­zatı, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında is­tehsal olunub.

Hesabat dövründə sənayedə qey­ri-dövlət sektorunun payı 86,7 faizə ça­tıb. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 91,7 faiz, sənaye xa­rakterli xidmətlərin göstərilməsi isə 8,3 faiz təşkil edib.

İdarənin məlumatında, həmçinin bildirilir ki, 11 ayda istehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 2023-cü il 1 dekabr vəziyyətinə 459,6 milyon ma­natlıq hazır məhsul ehtiyatı olub. Bundan əlavə, sənaye müəssisələrinin anbarla­rında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 60,5 milyon manat məbləğində digər məhsullar da qeydə alınıb.

XQ

İqtisadiyyat