Gələn il Qarabağda yeni zavodlar istifadəyə veriləcək

post-img

Ağdam Sənaye Parkında qeydiyyatdan keçən 25 rezidentin artıq 10-dan çoxu tikinti-quraşdırma işlərinə başlayıb. Parkda gələn ilin ilk yarısında bir sıra müəssisələrin, o cümlədən “Rail Trans Service” MMC tərəfindən inşa olunan avtomatika və telemexanika zavodunun fəaliyyətə başlaması planlaşdırılıb. 

Zavodun tikintisi üçün Ağdam Sə­naye Parkı ərazisində bir hektara yaxın torpaq sahəsi ayrılıb. Müəssisənin tikinti sahəsi 2 min 739 kvadratmetrdir. Layihə rəhbəri Seymur Qəhrəmanov bildirib ki, Avtomatika və telemexanika istehsa­lı zavodunun tikintisinə cari ilin oktyabr ayında başlanılıb. 2024-cü ilin may ayında inşaat işlərinin başa çatdırılaraq müəssisənin işə salınması nəzərdə tutu­lub. Zavodda dəmir yolu üçün avadan­lıqlar istehsal olunacaq. Burada 45 nəfər işlə təmin ediləcək. 

Qeyd edək ki, Ağdam Sənaye Par­kına investorlar tərəfindən 175 milyon manatdan çox investisiyanın yatırılması, 1600-dən artıq daimi iş yerinin yaradıl­ması nəzərdə tutulur. Hazırda 10-dan çox sahibkarlıq subyekti tərəfindən fəal tikinti-quraşdırma, digərləri isə layihələn­dirmə və ərazinin topoqrafik işləri həyata keçirir.

XQ

İqtisadiyyat