Vladanka Andreeva: Azərbaycan regional lider rolunu oynayır

post-img

Azərbaycan regional lider rolunu oynayır. Bu regionda ilk dəfə olaraq Ümumdünya Şəhər Forumu keçiriləcək. Bu, böyük nailiyyətdir. 

Bunu BMT-nin Azərbaycandakı resident-əlaqələndiricisi Vladanka Andreeva Azərbaycan hökuməti ilə BMT arasında Ümumdünya Şəhər Forumunun (WUF13) 13-cü sessiyasının 2026-cı ildə Bakıda keçirilməsi haqqında Sazişin imzalanması mərasimində deyib.

“Azərbaycan Qarabağda daha yaşıl, inklüziv şəhər və kəndlərin yaradılmasına öz töhfəsini verir. Ümid edirik ki, Azərbaycanın nailiyyətləri həm Ümumdünya Şəhər Forumunda, həm də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında - COP29-da nümayiş etdiriləcək”, - deyə Vladanka Andreeva vurğulayıb.

 

Rizvan FİKRƏTOĞLU

XQ

Siyasət