Azərbaycan cüdoçuları Berlində Avropa Kubokunda mübarizə aparacaq

post-img

25–26 aprel tarixlərində Almaniyanın paytaxtı Berlində cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku keçiriləcək.

XQ xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə reallaşacaq yarışda ölkəmiz 16 çəki dərəcəsində 39 cüdoçu (20 oğlan, 19 qız) ilə təmsil olunacaq. Milli komandamıza yeniyetmə oğlanlardan ibarət yığmanın baş məşqçisi Emin İskəndərov, məşqçi Nicat Şıxəlizadə; yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov və məşqçi Əmrah Əhmədov rəhbərlik edəcək.

Turnirdə 36 ölkədən 774 idmançı (472 oğlan, 302 qız) mübarizə aparacaq. Yarışın ədalət təmsilçiləri arasında Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvləri, “B” kateqoriyalı beynəlxalq dərəcəli hakimlər – Mehman İmamquliyev və Pərviz Hüseynov da yer alacaq. 

Heyəti təqdim edirik:

Oğlanlar

-50 kq

Nihad Ağayev

-55 kq

Rza Xəlilli

Fərid Xudiyev

İbrahim Talıbov

-60 kq

Mehman Əsgərov

Mikayıl Qocayev

-66 kq

Sənan Piriyev

İlkin Qarayev

Elgün Səfərov

-73 kq

Sadiq Məmmədov

Kənan Rəhimov

Yusuf Nəzər

-81 kq

Yaqub Məmmədov

Polad Həsənli 

Amin Mehdiyev

Ayxan Həsənli

-90 kq

Ömər Axundov

Nurəddin Əliyev

+90 kq

Tamerlan Əliyev

Ruslan Kazımov

Qızlar

-40 kq

Sunay Salamova

Zəhra Quliyeva

-44 kq

Nigar Heydərzadə

Pərvin Sevxanlı

Fatimə Abdullayeva

-48 kq

Səkinə Zeynalova

Könül Eyvazlı

-52 kq

Tövsiyyə Babayeva

Nərmin Ağamirzəzadə

-57 kq

Gülnaz Məmmədtağıyeva

Səma Vəlizadə

Yağmur Əhmədzadə

Səmayə Yusifli 

-63 kq

Nəzakət Vəliyeva

Türkan Məmmədli

Zilan Hüseynli

-70 kq

Rəna Əhmədova

Məsumə Məmmədli 

+70 kq

Zemfira Əliyeva

İdman