Bu ilin I rübündə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 22,1 ton qızıl satıb və qızıl ehtiyatlarını 178,1 tona endirib.
XQ bu barədə Fonda istinadən xəbər verir.
Məlumata görə, bu il yanvarın 1-nə ARDNF-in investisiya portfelində qızılın xüsusi çəkisi 35,6 % olub ki, bu da 1 il əvvələ nisbətən 9,8 faiz bəndi azdır.

