Ekologiya və təbii sərvətlər naziri Ağcabədidə vətəndaşları qəbul edib

post-img

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən 23 aprel 2026-cı il tarixində ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov Ağcabədi rayonunda Ağcabədi, Beyləqan və Ağdam rayonlarından olan sakinləri qəbul edib.

XQ xəbər verir ki, qəbuldan əvvəl Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyularaq dahi şəxsiyyətin əziz xatirəsi anılıb.

Vətəndaş qəbulu zamanı ətraf mühitin və biomüxtəlifliyin mühafizəsi, meşələrin qorunması və digər aidiyyəti məsələlərlə bağlı vətəndaşların müraciətləri dinlənilib. Qaldırılan məsələlərin araşdırılması və zəruri tədbirlərin görülməsi barədə Nazirliyin məsul əməkdaşlarına müvafiq tapşırıqlar verilib. ETSN-in fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə aidiyyəti qurumlara göndərilməsi üçün qeydiyyata alınıb.







Sosial həyat