Türkmən xalqının Milli Lideri, Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovdan

post-img

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.

Türkmənistan ilə Azərbaycan Respublikası arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsinə və inkişafına verdiyiniz böyük töhfəyə, göstərdiyiniz xüsusi diqqətə görə Sizə təşəkkürümü bildirirəm.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və bütün işlərinizdə uğurlar diləyirəm.

Dərin hörmətlə,

 

Qurbanqulu Berdiməhəmmədov

Türkmən xalqının Milli Lideri, Türkmənistan

Parlamenti Xalq Məsləhətinin sədri

Məktublar