ICESCO-nun mənzil qərargahında Ümummilli Liderin 100 illik yubileyinə həsr olunmuş konsert təşkil edilib

post-img

Mərakeşin paytaxtı Rabat şəhərində, ICESCO-nun mənzil qərargahında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş konsert təşkil olunub. Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti konsertdə iştirak edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, tədbirdə çıxış edən ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik və Azərbaycanın Mərakeşdəki səfiri Nazim Səmədov Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi və xalqı qarşısında misilsiz xidmətləri, Ulu Öndərin xalqımızın milli-mədəni dəyərlərinə diqqət və qayğısı, onun qlobal təşəbbüsləri barədə danışıblar.

Konsertdə Azərbaycanın mədəniyyət nazirinin müavini, Xalq artisti Murad Hüseynovun ifasında mahnılar səsləndirilib.









Siyasət