Niderlandın əsassız ittihamı qəbuledilməzdir

post-img

Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Niderland Krallığı hökumətinin Ermənistana yardım ayrılması barədə verdiyi 13 dekabr tarixli açıqlamada “etnik erməni anklavına qarşı Azərbaycanın hücumu nəticəsində 100 min erməninin öz evlərindən güclə qovulduqları”nı bəyan etməsinə münasibət bildirib. 

A.Hacızadə bununla bağlı deyib: “Niderland Krallığı hökumətinin sözü­gedən açıqlamasında ölkəmizə qarşı səsləndirdiyi fikirlər qəbuledilməzdir...

Azərbaycan heç vaxt erməni sakin­ləri Qarabağdan çıxarmayıb və bölgəni tərk etməmək barədə ölkəmizin çağı­rışlarına baxmayaraq, Ermənistana və digər ölkələrə miqrasiya etmək onların qərarı olub. Birləşmiş Millətlər Təşkila­tının bölgəyə missiyaları Azərbaycan tərəfinin mülki əhalini hədəf almadığı­nı təsdiqləyib və Niderland Krallığında yerləşən Beynəlxalq Ədalət Məhkəmə­si də bu istiqamətdə Ermənistanın son iddialarını rədd edib.

Niderland tərəfinin bölgənin bey­nəlxalq hüquq prinsiplərinə hörmət əsasında gələcək inkişafına və tərəqqi­sinə maneə törədən belə bəyanatlara son qoyması faydalı olardı”. 

XQ

Siyasət