Bakı Təşəbbüs Qrupunun Cenevrə çağırışı

post-img

Bakı Təşəbbüs Qrupu tərəfindən Cenevrədə təşkil olunan “Neokolonializm: İnsan hüquqları, sülh və təhlükəsizlik” mövzusunda beynəlxalq konfransının iştirakçıları BMT-nin bu şəhərdəki ofisi qarşısında dinc aksiya keçiriblər.

Aksiyanın Fransanın keçmiş və indiki müstəmləkələrindən olan iştirakçıları bey­nəlxalq ictimaiyyətin diqqətini rəsmi Pari­sin Fransanın müstəmləkə siyasətinə cəlb ediblər.

Onlar Fransa müstəmləkəçiliyinə son qoymaq uğrunda apardıqları mübarizələri­ni qətiyyətlə sona qədər davam etdirəcək­lərini bildiriblər.

XQ

Siyasət