Azərbaycan “2023-cü il üzrə Avrasiya həftəsi”ndə

post-img

Dekabrın 13-14-də Parisdə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının “2023-cü il üzrə Avrasiya həftəsi” keçirilib.

Təşkilatın Avrasi­ya Rəqabət Qabiliyyəti Proqramına həsr edilən nazirlər səviyyəsində toplantısında Azərbay­can iqtisadiyyat nazirinin müavini Sahib Məmmə­dovun rəhbərlik etdiyi nü­mayəndə heyəti ilə təmsil olunub.

Tədbir çərçivəsində pandemiya və müharibə şoklarına qalib gəlmək üçün dözümlülük və bər­pa, Avrasiya məkanında biznes mühiti və islahatlar, habelə Avrasiyada aşağı kar­bona keçid, dayanıqlı infrastruktur üzrə strateji çərçivələr və digər mövzularda təqdimatlar edilib, müzakirələr aparılıb.

Sonda Sahib Məmmədov Azərbayca­nın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibli­yi etməsi ilə bağlı qərara istinad edərək, Azərbaycana dəstək verən bütün ölkələrə təşəkkürünü bildirib, OECD-in bütün üzv­lərini bu tədbirdə fəal iştiraka çağırıb.

XQ

Son xəbərlər