Milli Məclis xəbərləri

post-img

İşsizlərdən niyə plastik kart tələb olunur?

Azərbaycanda sağlamlıq haqqında arayış üçün vətəndaşdan 40 manat döv­lət rüsusmu tələb olunur. Tibbi arayışın baha olması barədə Milli Məclisdə dəfələrlə məsələ qaldırılıb, şikayətlər səslənib. Müzakirələr zamanı bildirilib ki, bu məbləğ imkansız ailə üçün bir kisə un deməkdir.

Eyni zamanda, son günlər so­sial şəbəkələrdə poliklinikalarda sağlamlıq haqqında arayışın alın­ması üçün rüsumun plastik kartla ödənilməsi müzakirələrə səbəb olub.

Bir qrup deputat bildirib ki, poliklinikaya sağlamlıq arayışı almağa gələn şəxslər, adətən, işə düzəl­mək istəyənlərdir. Hələ işə düzəlməyən şəxsdən plastik kart tələb etmək nə dərə­cədə doğrudur? 

Qadınların əmək hüquqları artırılır

Milli Məclisdə müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində” bəzi yeniliklər nəzər­də tutlub. Bu barədə parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib. Dəyişikliyə görə, hamilə, üç yaşına qədər uşağı olan və 18 yaşına qədər əlilliyi olan uşaqlara baxan qadınlar gecə növbələrində, bayram gün­lərində könüllülük əsasında işə, ezamiy­yəyə cəlb oluna bilərlər. 

Mövcud qanuna görə bu kateqoriya­dan olan azyaşlılara baxan qadınların gecə növbələrində, bayram günlərində işləməsinə qadağa qoyulub. Həmçinin ezamiyyə getmələrinə də icazə yoxdur.

Qanun layihəsinə gözlənilən dəyişik­liyin əsas məqsədi ölkədə qadın və ki­şilərin əmək haqları arasında fərqi azalt­maqdır.

Hazırladı:
Əliqismət BƏDƏLOV
XQ

Son xəbərlər