DSX-nın illik hesabatı

post-img

Dekabrın 14-də Dövlət Sərhəd Xidmətinin 2023-cü ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına dair hesabat müşavirəsi keçirilib. 

Müşavirədə Dövlət Sərhəd Xidmə­tinin rəisi, general-polkovnik Elçin Qu­liyev tərəfindən Azərbaycan tarixinin ən böyük sərkərdəsi, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçi­rilmiş möhtəşəm tədbirlər nəticəsində 2023-cü ilin dövlətçilik tariximiz üçün müstəsna əhəmiyyət daşıması və ərazi bütövlüyümüzün tam bərpa edilməsi ilə əlamətdar olması xüsusi vurğulanıb.

Avqustun 7-də ölkə başçısının DSX Sərhəd Qoşunlarının "Qazax" əlahiddə sərhəd diviziyasının hərbi hissə komp­leksində yaradılmış şəraitlə tanış olma­sının, Dövlət Sərhəd Xidmətinin 2 zabi­tini "general-mayor" ali hərbi rütbəsinə layiq görməsinin, göstərdikləri igidliyə və şücaətə, xidmətdə fərqləndiklərinə görə DSX əməkdaşlarını orden və medallar­la təltif etməsinin şəxsi heyət tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılandığı qeyd edilib.

Tədbirdə Prezident İlham Əliyevin Azərbaycan Sərhəd Mühafizəsi qarşı­sında qoyduğu tapşırıqların yüksək sə­viyyədə yerinə yetirilməsi bildirilib. Ölkə ərazisində erməni separatçılığına son qoyulması üçün həlledici əhəmiyyət kəsb edən “Laçın” dövlət sərhədindən buraxı­lış məntəqəsinin yaradılması ilə yekunla­şan unikal əməliyyatın keçirilməsi, eləcə də lokal xarakterli antiterror tədbirlərində DSX-nin döyüş tapşırıqlarının tam həcm­də yerinə yetirilməsi ciddi nailiyyətlər sıra­sında xüsusi olaraq vurğulanıb. O cümlə­dən 2023-cü ildə Dövlət Sərhəd Xidməti tərəfindən əldə edilmiş əsas nailiyyətlər sırasında:

– iyunun 15-də Ermənistan ərazisin­dən açılmış atəş nəticəsində “Laçın” döv­lət sərhədindən buraxılış məntəqəsində xidmət aparan sərhədçinin yaralanma­sına səbəb olan düşmən təxribatına ca­vab olaraq düşmən snayperlərinin, döyüş postunun və dislokasiya məntəqəsinin zərərsizləşdirilməsi; 

– dövlət sərhədini pozduqlarına görə 489, sərhəd rejimini pozduqlarına görə 10 689, axtarışda olan 3609, saxta sənəd­lərlə 252, özgəsinə məxsus sənədlə 4, dövlət sərhədindən buraxılış məntəqələ­rindən gizli şəkildə keçməyə cəhd edən 4 nəfərin sərhədçilərin sayıqlığı nəticəsin­də saxlanılması; 

– ölkəmizə qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 8 nəfərin müəyyən edilməsi, terrorçuluğa qarşı mübarizə çərçivəsində xaricdə dö­yüşmüş 7 nəfərin saxlanılması, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məş­ğul olan 21, qaçaqmalçılıqla məşğul olan 3, qeyri-qanuni miqrasiya ilə məşğul olan 5 mütəşəkkil cinayətkar dəstənin zərər­sizləşdirilməsi;

– il ərzində 2 ton 95 kiloqram 338 qram narkotik vasitənin, 51 milyon 14 min 753 manat dəyərində qaçaqmalın döv­lət sərhədindən qanunsuz keçirilməsinin qarşısının alınması, 36 ton 222 kiloqram narkotik xassəli bitkinin məhv edilməsi;

– işğaldan azad edilmiş ərazilərdə 150 kilometr məsafədə yeni yolların çə­kilməsi, 354 kilometr yolların əsaslı təmir olunması, 7,1 kilometr məsafədə hərəkət təhlükəsizliyi üçün xüsusi valların salın­ması və s. qeyd edilib. 

Müşavirənin sonunda xidmətdə fərqlənmiş hərbi qulluqçulara dövlət təltif­ləri təqdim olunub.

XQ

Son xəbərlər