“İnflyasiya və Qiymət Monitorinqi” üzrə İşçi Qrupun növbəti iclası

post-img

Dekabrın 14-də “İnflyasiya və Qiymət Monitorinqi” üzrə İşçi Qrupun növbəti iclası keçirilib.

Nazirlər Kabinetinin Mətbuat xidmə­tindən bildiriblər ki, Azərbaycan Respub­likası Nazirlər Kabinetinin Aparat rəhbəri Rüfət Məmmədovun sədrliyi ilə keçirilən İşçi Qrupun iclasında 2023-cü ilin yan­var-noyabr aylarında istehlak bazarında qiymətlərin dəyişməsi, o cümlədən ərzaq və qeyri-ərzaq məhsulları, əhaliyə göstə­rilmiş ödənişli xidmətlər, ərzaq bazarında idxal olunan məhsulların qiymət indeksi, kənd təsərrüfatı məhsullarının istehsalçı qiyməti, hökumətin antiinflyasiya tədbirlə­ri, habelə ötən iclasda aidiyyəti qurumlara verilmiş tapşırıqların icrası ətraflı müza­kirə olunub.

Qeyd olunub ki, Dövlət Statistika Ko­mitəsinin son məlumatına görə, 2023-cü ilin yanvar–noyabr aylarında orta illik inflyasiya birrəqəmli səviyyədə 9.4 faiz, illik inflyasiya 2.6 faiz təşkil edib. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının açıqladığı son məlumata görə, noyabr ayında ərzaq qiymətləri indeksi son bir ildə 10,6 faiz ucuzlaşıb. İnflyasiyanın dina­mikası xarici amillərin və həyata keçirilən antiinflyasiya siyasətinin təsirləri ilə azalıb. 

İclasda ərzaq məhsulları qrupunda ən çox qiymət artımı müşahidə edilən məh­sullar üzrə bazar araşdırılması, istehsal qiymətləri ilə pərakəndə satış qiymətləri arasında fərqlərin yaranma səbəbləri, is­tehlak qiymətləri indeksinin hesablanma­sında istifadə olunan təmsilçi məhsullar üzrə idxalda təmərküzləşmə səviyyəsi, kənd təsərrüfatı məhsullarının satışı və dərman vasitələri bazarında aparılan rəqabət təhlillərinin nəticələri, idxal və yerli istehsal məhsulu əsasında təchizat zənciri boyunca formalaşan xərclər və antiinflyasiya xarakterli pul siyasəti barə­də İqtisadiyyat Nazirliyi yanında Antiinhi­sar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Kənd Təsərrüfatı Nazirliyi, Sə­hiyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi və Mərkəzi Bank tərəfindən görülən işlərə dair məlumat verilib.

İqtisadi İslahatların Təhlili və Kom­munikasiya Mərkəzi tərəfindən “Qiymət İzləmə Tətbiqinin” əsas prinsiplərinə dair metodoloji çərçivə sənədi təqdim olunub və bu istiqamətdə aidiyyəti qurumların nümayəndələrindən ibarət işçi qrupun ya­radılması məqsədəuyğun hesab olunub.

İclasın yekununda “İnflyasiya və qiy­mət monitorinqi” üzrə İşçi qrupun rəhbəri tərəfindən növbəti ildə də antiinflyasiya tədbirlərinin davam etdirilməsi, daxili ba­zarda sağlam rəqabət mühitinin təmin olunması, qiymətlərin monitorinqi və onun səbəblərinin araşdırılması, inflyasiyanın iqtisadi artım üçün məqbul səviyyəsinin təmin edilməsi istiqamətində zəruri işlərin görüləcəyi qeyd olunub. Rəqabət Məcəl­ləsinin qəbul olunmasının da bu proses­lərə müsbət təkan verəcəyi bildirilib.

XQ

Son xəbərlər