Laçın 20 ailəni də doğma qoynuna aldı

post-img

Dekabrın 14-də Böyük Qayıdış proqramı çərçivəsində Laçına növbəti köç prosesi gerçəkləşib. Səhər saatlarında Qaradağ rayonundan yola salınan ailələr doğma yurdlarına çatıblar.

Laçın şəhəri bu dəfə daha 20 ailəyə, 86 nəfərə qucaq açıb. Onlar şəhərdə Seyrəngah adlı ərazidə böyük coşqu ilə qarşılanıblar. Sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Pre­zident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusu­na minnətdarlıqlarını bildiriblər, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər.

Bununla da Laçın şəhərində 383 ailə, yəni 1475 nəfərin daimi məskunlaşması təmin edilib. 

Qeyd edək ki, köçürülən ailələrin, La­çın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin baş­çısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaş­ması üçün bütün şərait yaradılıb.

XQ

Son xəbərlər