Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 451 Bakı şəhəri, 13 dekabr 2023-cü il

Cinayət yolu ilə əldə edilmiş əm­lakın leqallaşdırılmasına, terrorçu­luğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və ya­yılmasının maliyyələşdirilməsinə qar­şı mübarizə sahəsində Koordinasiya Şurasının yaradılması, Koordinasiya Şurasının iş Qaydasının təsdiq edil­məsi və “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sisteminin risk qiymətləndirilməsi­nin dövri qaydada keçirilməsinin tə­min edilməsinə, müvafiq sahədə hə­yata keçiriləcək qiymətləndirilməyə hazırlığın təşkil olunmasına və bu məqsədlərlə koordinasiya mexanizmi­nin yaradılmasına dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 21 okt­yabr tarixli 404 nömrəli Qərarının ləğv edilməsi barədə

“Cinayət yolu ilə əldə edilmiş əmla­kın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 781-VIQ nöm­rəli Qanununun tətbiqi barədə” Azərbay­can Respublikası Prezidentinin 2023-cü il 31 yanvar tarixli 2007 nömrəli Fərmanı­nın 2.1.5-ci və 2.1.6-cı yarımbəndlərinin icrasını təmin etmək məqsədilə Azərbay­can Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Cinayət yolu ilə əldə edilmiş əm­lakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın si­lahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Koordinasiya Şurası yaradıl­sın.

2. “Cinayət yolu ilə əldə edilmiş əm­lakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın si­lahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Koordinasiya Şurasının tərki­bi” təsdiq edilsin (1 nömrəli əlavə).

3. “Cinayət yolu ilə əldə edilmiş əm­lakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın si­lahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Koordinasiya Şurasının iş Qaydası” təsdiq edilsin (2 nömrəli əlavə).

4. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaş­dırılmasına və terrorçuluğun maliyyələş­dirilməsinə qarşı mübarizə sisteminin risk qiymətləndirilməsinin dövri qaydada keçirilməsinin təmin edilməsinə, müvafiq sahədə həyata keçiriləcək qiymətləndi­rilməyə hazırlığın təşkil olunmasına və bu məqsədlərlə koordinasiya mexaniz­minin yaradılmasına dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 21 oktyabr tarixli 404 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 10, maddə 1292) ləğv edilsin. 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları