Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 452 Bakı şəhəri, 14 dekabr 2023-cü il

“Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respub­likası arasında dövlət sərhədinin de­limitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiya arasında iclasların və birgə işçi görüşlərin təş­kilinin və keçirilməsinin Reqlamenti”­nin təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 23 may tarixli 3272 nömrəli Sərəncamı ilə yaradılmış Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında döv­lət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının təklifinə əsasən Azərbay­can Respublikasının Nazirlər Kabineti qərara alır: 

1. “Azərbaycan Respublikası ilə Er­mənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Ko­missiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında döv­lət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiya arasında iclasların və birgə işçi görüşlə­rin təşkilinin və keçirilməsinin Reqlamen­ti” təsdiq edilsin (əlavə olunur). 

2. Azərbaycan Respublikası ilə Er­mənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası bu Qərardan irəli gələn məsələləri həll etsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları