Rusiyalı ekspert: Azərbaycan və Ermənistan öz aralarında razılığa gələ bilərlər

post-img

“Etiraf edirəm ki, altı ay əvvəl bu vəziyyəti müşahidə edəndə və hər iki tərəfin nümayəndələri ilə danışanda məndə prosesin daha mürəkkəb olacağı və ikitərəfli danışıqların Azərbaycanın Ermənistana daha çox təzyiq göstərməsinə gətirib çıxaracağı təəssüratı yaranmışdı”.

“Caliber” xəbər verir ki, bunu rusiyalı politoloq Vladimir Kireev Ermənistan KİV-i ilə söhbətində Azərbaycan və Ermənistan arasında birbaşa ikitərəfli danışıqları şərh edərkən deyib.

“Lakin mənim gözləntilərimin əksinə olaraq, ikitərəfli danışıqlar daha konstruktiv olur. Azərbaycan və Ermənistan öz aralarında razılığa gələ bilərlər. Görünür, hər iki tərəf bu münaqişədən bezib və bir-birlərinə doğru addım atmağa hazırdırlar.

Əlbəttə, bu, müəyyən sürprizdir, amma etiraf edirəm ki, bu, kifayət qədər təzə formata bənzəyir. Tərəflər əsirlərin mübadiləsi və sülh məsələsini müzakirə etmək barədə qərar qəbul etməyə nail olublar. Bunların hamısı mütləq müsbət siqnallardır”, - deyə politoloq bildirib.

 

Rizvan FİKRƏTOĞLU

XQ

 

Siyasət