Yaxın vaxtlarda Azərbaycanla sülh sazişinin imzalanması çox realdır.
Ermənistan KİV-i xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin nazirlərinin görüşündə deyib.
Onun sözlərinə görə, Ermənistan regionda kommunikasiyaların açılması üçün effektiv və konkret addımlar atmağa hazırdır: “30 ildən artıqdır ki, Ermənistanın Türkiyə və Azərbaycanla sərhədləri bağlıdır, lakin regionda nəqliyyat kommunikasiyalarının açılması imkanlarını müzakirə edirik”.
Paşinyan vurğulayıb ki, Ermənistan Azərbaycanla nəinki keçmişdə mövcud olan dəmir yolu kommunikasiyalarını bərpa etməyə, həm də yeni əlaqələr qurmağa hazırdır: “Xüsusilə, söhbət şimal istiqamətindən, Qazaxı Ermənistanın Tavuş rayonu ilə birləşdirən yoldan gedir”.
Rizvan FİKRƏTOĞLU
XQ