Dövlətimizin qarşıda böyük hədəfləri var - RƏY

post-img

“Azərbaycan bölgədə reallığı dəyişib, qalib tərəf kimi regionda yeni şərtlər yaradıb. Qələbəmiz suverenliyimizin bərpasını şərtləndirdi. Zəfərdən sonra yeni çağırışlar var və bu çağırışlar fonunda islahatlarda dərinləşmələr olacaq. Bütün bunlar növbədənkənar prezident seçkisinin keçirilməsini zəruri etdi”. 

Bu fikirləri “Xalq qəzeti”nə açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov dedi.

Politoloq bildirdi ki, növbədənkənar prezident seçkisi Azərbaycanın suverenliyinin bərpasından sonra ilk dəfə bütün ərazilərimizdə keçiriləcək. Seçkinin önə çəkilməsi ölkə prezidentinin özünə və xalqına güvənindən, inamından qaynaqlanır. 

T.İsmayılov diqqətə çatdırdı ki, qlobal pandemiyanın dünyanı ağuşuna aldığı bir dövrdə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız işğaldan azad edildi. 2023-cü ilin sentyabrında keçirilmiş lokal antiterror tədbirləri ilə suverenliyimiz tam bərpa edildi: “Bütün bunlar yeni reallıqlar yaratdı. Bu reallıqlar fonunda Azərbaycanın hadisələrə baxışı dəyişdi, idarəetmə sistemi ilə bağlı islahatlar keçirilir. Dövlətimizin qarşıda böyük hədəfləri var. Növbədənkənar prezident seçkisinin bu konteksdə önəmli əhəmiyyəti olacaq”.

 

Rizvan FİKRƏTOĞLU

XQ

Siyasət