MDB Azərbaycandakı prezident seçkilərinə müşahidə missiyası göndərməyi planlaşdırır

post-img

Müstəqil Dövlətlər Birliyi (MDB) 2024-cü ilin fevralında Azərbaycan və Rusiyada keçiriləcək prezident seçkilərinə, həmçinin Belarusda olacaq parlament və yerli seçkilərə öz müşahidəçilərini göndərməyi planlaşdırır.

Bu barədə jurnalistlərə MDB-nin Baş katibi Sergey Lebedev bildirib.

O qeyd edib ki, MDB-nin İcraiyyə Komitəsi bu seçkiləri müşahidə etməyə hazırlaşır. “Biz MDB-nin missiyasını hazırlamaq və onu bu seçkiləri müşahidə etmək üçün göndərməklə bağlı dəvət almışıq”, -deyə Sergey Lebedev vurğulayıb.

Birliyin Baş katibi diqqətə çatdırıb ki, hazırkı məqamda müşahidəçi missiyasını göndərməklə bağlı yazılı dəvətnamə yalnız Bakıdan daxil olub. O əlavə edib: “Şifahi şəkildə dəvət almışıq, amma yazılı (dəvət-red.) təkcə Azərbaycandan daxil olub. Onlar seçkiləri hamıdan əvvəl keçirirlər”.

 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Siyasət