Azərbaycanın uğurlu xarici siyasəti ölkəmizin milli maraqları və təhlükəsizliyinə xidmət edir

post-img

Azərbaycanda son 20 ildə həyata keçirilən daxili və xarici siyasətin uğurları ölkənin dünya miqyasındakı reytinqini getdikcə artırır və bu uğurlar siyasi, iqtisadi, mədəni və hərbi sahələrdə özünü açıq şəkildə büruzə verir. Ən əsası isə, 3 il əvvəl Vətən müharibəsində Ermənistanın 30 illik işğalçılıq siyasətinə son qoyulması Azərbaycanı dünyada qalib dövlət kimi tanıtdı. O zamandan başlayaraq qələbədən-qələbəyə gedirik. Ölkənin sürətli inkişafı artıq dünyanın aparıcı kütləvi informasiya vasitələrinin, televiziya kanallarının da diqqətini cəlb edib. 9dekabr 2023-cü il tarixində Prezident İlham Əliyevin “Euronews” televiziyası ilə yayımlanan müsahibəsi də bunu təsdiqlədi. Televiziyanın əməkdaşının ilk sualını “Avropa yenidənqurma və İnkişaf Bankının hesablamalarına görə, Azərbaycan və Mərkəzi Asiya regionu ölkələri ciddi iqtisadi inkişafa nail olublar” cümləsi ilə başlaması hər birimizdə qürur hissi yaratdı.

Ölkə başçısı son 20 ildə Azərbaycanın qazandığı uğurlar barəsində məlumat verərək deyib ki, iqtisadi inkişafın təməlində aparılmış islahatlar dayanır. Bu müddət ərzində Azərbaycan neft və qaz sektorundan asılılığı azaltmağa nail olmuş və 300 milyard dollardan artıq sərmayə cəlb edilib. Bu dövrdə ümumi daxili məhsul (ÜDM) dörd dəfə artıb. Düşünülmüş sosial siyasət nəticəsində yoxsulluğun səviyyəsi təqribən 50%-dən 5,5%-ə qədər enib. Bu, onu nümayiş etdirir ki, enerji layihələrinin həyata keçirilməsi nəticəsində əldə edilmiş sərvət əhalinin bütün seqmentləri arasında ədalətli bölünüb. Bununla yanaşı, xarici borcun səviyyəsi hər il azalır. Bu gün bu rəqəm ÜDM-in 10%-dən aşağıdır.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

 



Siyasət