Beynəlxalq hüquqda hansısa ölkəyə tərəfkeşlik etmək yolverilməzdir

post-img

Ermənistanın sürətlə Qərbə meyllənməsi regionda sülhü prosesinin nizamlanmasını xeyli ləngidir. Çünki region dövlətlərinin iştirakı olmadan sülh prosesində uğur qazanmaq çətindir. İnteqrasiya təbii proseslərlə həyata keçirilməlidir. Türkiyə-Rusiya-Azərbaycan Cənubi Qafqazda sülh prosesində vacib aktorlardır. Bu ölkələrsiz sülhün möhkəmlənməsi çox çətindir.

Bu fikirləri Türkiyənin Qlobal İdarəçilik və İnkişaf Təşkilatının baş direktoru, politoloq Gözdə Dizdar bildirib.

Politoloq bildirib ki, region dövlətləri münaqişənin həllində altiv iştirak edirlər. Azərbaycan torpaq bütünlüyünü həll edib, regionda uzun illər pozulmuş sərhədlər bərpa olunub. Lakin bəzi Qərb ölkələrinin aktiv performans göstərmək cəhdləri birmənalı qarşılanmır. Əlbəttə, Paşinyan hakimiyyəti Qərbmeylli seçim etməkdə azaddır. Lakin bu siyasət Azərbaycanla sülh müqasviləsinin imzalanmasına, bölgəyə yekun sabitlik gətirilməsinə əngəl olmamalıdır. 

Sülhdən yayınmaq isə bölgədə hazırda qismən sabitləşmiş münaqişəni yenidən tətikləmək perspektivini artırır. Ermənistan unutmamalıdır ki, Qərb dövlətlərinin ona hər hansı dəstəyi göstərməsindən asılı olmayaraq, Azərbaycanla yenidən qarşı-qarşya gəlmək 2020-ci il və 2023-cü il müharibə və əməliyyatlarının nəticəsini yenidən təkrarlaya bilər. 

G.Dizdar bildirib ki, 30 ilə yaxın davam edən işğal dövründə Azərbaycanın ərazi bütövlüyü ilə bağı heç bir ciddi bəyanat səsləndirməyən, hüquqları pozulan azərbaycanlı köçkünləri görməzdən gələn Qərbin hegemonluğa iddialı bir sıra dövlətləri Ermənistanın həm birinci, həm də ikinci Qarabağ müharibəsində törətdiyi müharibə cinayətlərini və soyqırımlarını nədənsə gözardı edirlər. Bu, açıq-aşkar ermənipərəstlikdir. Beynəlxalq hüquqda isə tərəfkeşlik yolverilməzdir. Bu gün Azərbaycan və Türkiyənin təklif etdiyi “3+3” platformasını uğursuzluğa düçar etmək cəhdləri isə həm Ermənistan rəhbərliyi, həm də onları himayə edənlər tərəfindən böyük səhvdir.   

Anar ƏLİ

XQ

Siyasət