Topal Seyranın “qəhrəmanlıq” nostaljisi

post-img

“Qarabağ münaqişəsinin bitmədiyi”ni deyən Hayastanın eks-müdafiə naziri “əks-hücuma” hazırlaşır

“Ermənistan ətrafında halqa gündən-günə daralmaqdadır”, – deyən Birinci Qarabağ müharibəsinin “qəhrəmanı”, Ermənistanın keçmiş müdafiə naziri, hazırda parlamentdə “Ermənistan” fraksiyasının rəhbəri Seyran Ohanyan jurnalistlərlə söhbətində yeni hərbi-taktiki planlar hazırlamağın vacibliyini vurğulayıb. “Əks-hücum planını” necə hazırlayacağını və onu nə vaxt həyata keçirəcəyini məxfi saxlayan Ohanyan Hayastanın 44 günlük müharibədə məğlubiyyətinin səbəbini “Ermənistan Respublikası rəhbərliyinin vaxta uyğun olmayan siyasəti”ndə görürmüş. 

“Qarabağ ətrafında strategi­ya hazırlamaq lazımdır. Gecikmə “Dağlıq Qarabağ” üçün, bizim üçün dağıdıcı ola bilər”. – söy­ləyən Seyran Ohanyan bundan sonra onlar üçün daha nəyin “da­ğıdıcı olacağını” açıqlamayıb. 

Ohanyana görə, “başa çat­mamış Qarabağ münaqişəsi kon­tekstində” qondarma qurumun su­byektivliyini qorumaq üçün ciddi tədbirlər görməyə ehtiyac yaranıb. “Artsax qəhrəmanı” həmin “ciddi tədbirlərin” hansı ərazidə reallaş­dırılacağı barədə danışmaqdan yayınıb. 

“Ermənistan və “Qarabağ ha­kimiyyəti” bu istiqamətdə əsas addımları atmalıdırlar. Əgər mü­naqişə həll olunmayıbsa və Qa­rabağ öz ərazisində olmasa da, subyekt kimi mövcuddursa, bu o deməkdir ki, beynəlxalq və ya digər məqbul məkanlarda danı­şıqları davam etdirməkdən başqa alternativ yoxdur. Bu istiqamətdə proseslərdə müəyyən ləngimə, geriləmə var. Amma Ermənistan hakimiyyəti üçün Qarabağ səhifə­si bağlıdır, onlar yalnız humanitar və sosial məsələlərlə məşğul olur­lar”. 

Bunları deməklə özünə və partiyadaşlarına təsəlli verməklə məşğul olan Ohanyan gündəmdə qalmaqdan ötrü Bakının tarixin arxivinə göndərdiyi “artsax xalqı”, “Dağlıq Qarabağ Respublikası” kimi “aktual mövzulara” tez-tez müraciət edir. Yəqin iyirmi səkkiz il işğalda saxladıqları Qarabağ üçün nostalji keçirən, Birinci Qarabağ müharibəsində ayağının birini diz­dən aşağı itirən, protezdə gəzən Ohanyan xəyallarında Xankəndi ətrafında “virtual qəhrəmanlıqlar” da edir. Əlbəttə, əgər buna macal tapa bilərsə. Axı, neçə aylardır ki, məhkəmələrin yolunu ölçməklə məşğuldur. O, Ermənistanın mü­dafiə naziri postunu tutduğu 2008-2016-cı illərdə vəzifə səlahiyyət­lərindən sui-istifadədə, israfçılıq yolu ilə xüsusilə külli miqdarda əmlakı mənimsəməkdə ittiham olunur. Nazir 2005 və 2009-cu il­lərdə Ararat vilayətində hərbi his­sənin ərazisinin qanunsuz satıl­ması ilə bağlı iki dəfə əmr verib. Torpağın bir hissəsini 3-cü ordu korpusunun keçmiş komandanı Qriqori Xaçaturova satıb və Edqar Arşakyanın adına sənədləşdirib. İkinci hissəni isə 2009-cu ildə No­rayru Karapetyana satıb. 

“Qəhrəman” zabitdən daşın­maz əmlak maklerinə çevrilən Seyran Ohanyan 1992-ci ilin fev­ralında Rusiyanın Xankəndidə yerləşən 366-cı motoatıcı alayın tərkibində Xocalı soyqırmının təş­kilatçılarından və icraçılarından biridir. Azərbaycan Respublika­sı Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə onun barəsində cinayət işi açılıb.

Müharibə canisi, soydaşları­mıza qarşı çoxsaylı hərbi cinayət­lərdə birbaşa iştirak etmiş Seyran Ohanyanın qolları qandallanıb Bakının həbsxanasına salınacağı gün uzaqda deyil. O zaman onun “məxfi planları və taktiki əks-hü­cum” barədə nəinki danışmağa, hətta bu mövzuda memuar yaz­mağa xeyli vaxtı olacaq. 

İ.HƏSƏNQALA
XQ

Siyasət