Azərbaycan və Serbiya hökumətləri arasında saziş imzalanıb

post-img

Dünən Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun Serbiyanın Baş nazirinin birinci müavini, xarici işlər naziri İvitsa arasında nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilib.

Söhbətdə hər iki tərəf ölkələr arasın­da mövcud olan əməkdaşlığın müxtəlif sahələrini və strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi məqsəd və is­tiqamətləri hərtərəfli müzakirə ediblər. İki ölkə arasında qarşılıqlı inam və hörmətə əsaslanan münasibət çərçivəsində iki ölkənin suverenliyinə və ərazi bütövlü­yünə verdiyi dəstək bir daha vurğulanıb.

Tərəflər qarşılıqlı yüksək səviyyəli səfərlərin, parlamentlərarası əlaqələrin, beynəlxalq təşkilatlar çərçivəsində fayda­lı qarşılıqlı fəaliyyətin, iqtisadi və mədəni əməkdaşlığın, o cümlədən enerji, yüksək texnologiyalar, nəqliyyat, humanitar, təh­sil, turizm, alternativ enerji, əczaçılıq və digər sahələrdə əməkdaşlığın əhəmiy­yətini vurğulayıblar. Azərbaycanın Şuşa şəhəri ilə Serbiyanın Novıy Bazar şəhər­lərinin qardaşlaşmış şəhər təcrübəsinin digər şəhərlərimiz arasında da yaradıl­masının vacib olduğu bildirilib. 

Görüşdə Cənub Qaz Dəhlizi çərçivə­sində ikitərəfli əməkdaşlığın inkişaf etdi­rilməsi və TAP birləşdirici boru kəmərləri vasitəsilə Serbiya və Balkan regionuna təbii qazın nəqli imkanlarının araşdırıl­ması məqsədilə başlanmış ikitərəfli məs­ləhətləşmələrin davam etdirilməsinin zə­ruriliyi vurğulanıb.

XQ

Siyasət