Əli Əsədovun Avropa Voleybol Konfederasiyasının və Türkiyə Voleybol Federasiyasının prezidentləri ilə görüşü

post-img

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 7-də Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiçin rəhbərlik etdiyi nümayəndə heyəti və Türkiyə Voleybol Federasiyasının prezidenti Akif Üstündağ ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmə­tindən bildiriblər ki, görüşdə Avropa Vo­leybol Konfederasiyasının rəhbərliyinin və Türkiyə Voleybol Federasiyası prezi­dentinin voleybol üzrə növbəti Azərbay­can çempionatının rəsmi açılış mərasi­mində iştirakı yüksək qiymətləndirilib.

Azərbaycanda idmanın inkişafı məqsədilə həyata keçirilən ardıcıl təd­birlər barədə danışan Ə.Əsədov idman­çıların yüksək dövlət qayğısı ilə əhatə olunduğunu, ölkədə müasir idman inf­rastrukturunun yaradıldığını bildirib. Qeyd edilib ki, bütün bunlar idmançılarımızın beynəlxalq turnirlərdə uğur qazanmala­rında müstəsna rol oynayıb.

Bu gün voleybolun Azərbaycanda ən populyar idman növlərindən biri olduğu bildirilərək, dövlət tərəfindən onun inki­şafına və kütləviləşməsinə böyük diqqət yetirildiyi qeyd edilib. 

Azərbaycan dövlətinin voleybolun in­kişafına dəstəyini bundan sonra da da­vam etdirəcəyi diqqətə çatdırılıb.

Vurğulanıb ki, Azərbaycan Voleybol Federasiyası beynəlxalq təşkilatlar, xüsu­silə də Avropa Voleybol Konfederasiyası, həmçinin Türkiyə Voleybol Federasiyası da daxil olmaqla, digər xarici tərəfdaşlarla əməkdaşlığı davam etdirmək əzmindədir.

Söhbət zamanı qarşılıqlı maraq doğu­ran məsələlər müzakirə olunub.

Görüşdə Azərbaycan Voleybol Fede­rasiyasının prezidenti Şahin Bağırov işti­rak edib.

XQ

Son xəbərlər