Nazirlər Kabinetində iclas

post-img

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın həyata keçirilməsi ilə bağlı görülən işlər və tədbirlərin icra vəziyyəti barədə ildə 2 dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumatın verilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılıb. 

Nazirlər Kabinetinin mətbuat xidmə­tindən bildiriblər ki, noyabrın 6–7-də Azər­baycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədovun rəhbərliyi ilə “Strategiya”da nəzərdə tutu­lan tədbirlərin icrasının nəticələri haqqın­da iclas keçirilib. İclasda “Strategiya”nın məqsədləri üçün yaradılan 8 İşçi qrupun üzvləri və əsas icraçı olan aidiyyəti dövlət qurumlarının rəhbərlərinin müavinləri işti­rak ediblər. 

İclasda “Strategiya”da nəzərdə tutul­muş tədbirlərin icrası üzrə işlərin gedişinə nəzarətin birbaşa operativ, vaxtında və effektiv təmini məqsədilə yaradılmış çox­funksional rəqəmsal platformanın Elek-tron Portalın təqdimatı (azerbaijan2030.gov.az) keçirilib, İqtisadi İslahatların Təh­lili və Kommunikasiya Mərkəzinin icra­çı direktoru Vüsal Qasımlı “Strategiya” qəbul olunandan sonra, o cümlədən, 2023-cü ilin birinci yarımilliyi üzrə “Stra­tegiya”nın icrası istiqamətində aparılmış monitorinqin nəticələri barədə hazırlan­mış hesabatla çıxış edib və ətraflı müza­kirələr aparılıb. 

Tədbirin yekununda “Strategiya”da nəzərdə tutulan tədbirlərin icrası prose­sində qarşıya çıxan çətinliklərin həlli üçün aidiyyəti dövlət qurumlarına müvafiq tap­şırıqlar verilib.

XQ

Son xəbərlər