Azərbaycan Respublikasının hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində Prezidentin 2023-cü il 28 oktyabr tarixli fərmanı ilə təsdiq edilmiş “Xarici ölkədə çətin həyat şəraitində olan yetkinlik yaşına çatmayan Azərbaycan Respublikası vətəndaşlarının repatriasiyası və reabilitasiyası Qaydaları”nın müvafiq müddəalarına uyğun olaraq, oktyabrın 31-də Suriyada yerləşən düşərgələrdə saxlanılan 9-u uşaq və 2-si qadın olmaqla, 11 nəfər həmvətənimizin ölkəmizə repatriasiyası həyata keçirilib.
Bu barədə XİN-in Mətbuat xidməti idarəsi məlumat yayıb.
XQ

