Azərbaycanda keçirilən I Beynəlxalq TÜRKSOY Teatr Festivalı dünən türk dünyasının mədəniyyət paytaxtı Şuşada start götürüb.
Beynəlxalq teatr məclisi Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi və Şuşanın “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi, Azərbaycan peşəkar milli teatrının yaradılmasının 150 və TÜRKSOY-un 30 illik yubileylərinə həsr olunub.
Festivalın ilk günündə Şuşada TÜRKSOY-a üzv ölkələrin dövlət teatrları rəhbərləri Şurasının 9-cu toplantısı keçirilib. Məclisdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyətinin və Qaqauz Yerinin (Moldova) dövlət teatrlarının rəhbərləri iştirak ediblər.
Qonaqlar Şuşa şəhərinin tarixi məkanları və əsrarəngiz təbiəti ilə də tanış olublar. Gəzinti zamanı teatr xadimlərinə işğal dönəmində mədəniyyət abidələrimizə ermənilər tərəfindən vurulan ziyan, qədim artefaktlarımızın saxtalaşdırılması barədə də məlumat verilib. Bildirilib ki, Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə başlanılıb.
I Beynəlxalq TÜRKSOY Teatr Festivalı ölkəmizdə noyabrın 4-dək davam edəcək.
XQ

