Çinlə hərbi əməkdaşlıq müzakirə edilib

post-img

Çin Xalq Respublikasında işgüzar səfərdə olan müdafiə naziri, general-polkovnik Zakir Həsənov 10-cu Pekin Syanşan Forumunun açılış ziyafətində iştirak edib.

Müdafiə Nazirliyinin mətbuat xidmə­tindən bildiriblər ki, ziyafət çərçivəsin­də general-polkovnik Z.Həsənov Çinin Mərkəzi Hərbi Şurasının sədr müavini, general-polkovnik Can Yousia ilə görü­şüb.

Görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, həmçinin qarşılıqlı ma­raq doğuran bir sıra məsələlər müza­kirə edilib.

XQ

Son xəbərlər