Milli Məclisin Sədri Koreya Respublikasında

post-img

Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti oktyabrın 31-də Koreya Respublikasının paytaxtı Seul şəhərinə rəsmi səfərə gəlib.

Nümayəndə heyətinə Milli Məclisin Koreya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Malik Həsə­nov, deputatlar Afət Həsənova, Anar Məmmədov, parlament Aparatının rəh­bəri Fərid Hacıyev və digər rəsmi şəxs­lər daxildirlər.

Seulun “Gimpo” Beynəlxalq hava limanında nümayəndə heyətini Kore­ya parlamentinin Azərbaycanla parla­mentlərarası dostluq qrupunun rəhbəri Suh Byunq Su, Azərbaycanın Koreya­dakı səfiri Ramin Həsənov və digər rəs­mi şəxslər qarşılayıblar.

XQ

Son xəbərlər