"Berliner Zeitung": Cənubi Qafqaz yeni başlanğıc ərəfəsindədir

post-img

Almaniyanın "Berliner Zeitung" nəşri regionda baş verən son hadisələrə məqalə həsr edib.

Məqalə müəllifinin fikrincə, Qarabağ xuntasının təslim olması ilə 1991-ci ildə dağılan SSRİ-dən miras qalmış dondurulmuş münaqişələrdən birincisi başa çatıb və bu, Azərbaycan üçün yeni geosiyasi müstəviyə çıxmaq imkanıdır.

“Beynəlxalq hüquq baxımından Azərbaycan qeyri-qanuni hərəkət etməyib. Yaxud başqa sözlə desək, ölkə güclülərin qanununu deyil, öz qanunlarını tətbiq edir.

Bakı hökuməti öz ərazisi üzərində dövlət hakimiyyətini və bununla da Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Bu baxımdan onun hərəkətləri BMT Nizamnaməsinə uyğundur.

Azərbaycana qarşı beynəlxalq sanksiyalar çox güman ki, mənasızdır və onlarla hesablaşmaq olmaz. Bu o deməkdir ki, regionda geri dönməz yeni nəyinsə başladığını güman etmək olar.

Paradoksal olsa da, belə bir yeni başlanğıcdan Ermənistan daha çox qazanacaq”, - məqalədə qeyd olunur.

Cənubi Qafqazda kommunikasiyaların inkişafı üzrə ikinci layihə - Moskva tərəfindən yaradılan Şimal-Cənub Dəhlizi (ŞİTK) də Zəngəzur dəhlizinə əsaslanır. O, Rusiyanı İran və Cənubi Asiya ilə birləşdirmək üçün nəzərdə tutulub. Ermənistan ərazisindən yan keçən yeni dəmir yolu xəttinin çəkilməsi mümkündür, lakin bahadır. Hər şey İrəvanda hakimiyyətin kursundan asılıdır - o, yeni dinamikaya açılacaq və real siyasət istiqamətində hərəkət edəcəkmi?

Prezidentinin köməkçisi - Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirir ki, onun ölkəsi üçün münaqişənin hərbi mərhələsi mütləq başa çatıb. Bakı Zəngəzur dəhlizinin ekstraterritoriallığına can atmır. Söhbət yalnız beynəlxalq hüquq çərçivəsində mövcud status-kvoya əsaslanan avtomobil və dəmir yolu kommunikasiyalarından gedir.

Ermənistanla razılığa gəlmək mümkün olmadıqda, Azərbaycan və Türkiyənin “B” planı hazırdır: İranla sərhəd Araz çayından cənuba, Ermənistandan keçən şimal marşrutuna paralel əlaqə. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin direktoru Fərid Şəfiyev hətta ikili dəhlizi alqışlayır. "Bu, həm də asılılığın azaldılmasına kömək edəcək".

XQ

Siyasət