Bakı Beynəlxalq Ticarət Limanı genişləndiriləcək

post-img

Bakı Beynəlxalq Ticarət Limanının birinci fazasının illik yükdaşıma qabiliyyəti 15 milyon tondur.

Bu barədə jurnalistlərə müsahibəsində Ümumi Yük Terminalının rəisi Kamran Cəlili deyib.

Onun sözlərinə görə, limanda 13 yanalma körpüsü mövcuddur. Bundan əlavə, 8 portal kran vasitəsilə yükdaşıma işləri icra edilir. Həmçinin 2 Ro-Ro körpüsü, 2 bərə körpüsü, 6 ümumu işlər körpüsü fəaliyyət göstərir: “Burada gübrə terminalı inşa edilir. Bütün əməliyyatlar tam avtomatlaşdırılır. Hazırda gübrə əməliyyatlarının istehsal gücü saatda 300 tondur. Terminal tikildikdən sonra 600 tona çatacaq. Gələcəkdə limanın genişləndirilməsi və ikinci fazasının inşası nəzərdə tutulur”.

K.Cəlili qeyd edib ki, limanın avtomatlaşdırılması nəticəsində liman ərazisindən keçən tranzit yüklərin daha sürətli ötürülməsinə imkan yaranacaq.

İqtisadiyyat