Fransa tərəfinin növbəti qərəzi

post-img

Qarabağ bölgəsində mədəni irslə bağlı iddialar Fransa tərəfinin növbəti zəifliyi və qərəzinin nümunəsidir.

Bu barədə XİN-in mətbuat katibi Ayxan Hacızadə Fransanın mədəniyyət naziri Rima Əbdül Mələkin Ermənista­na səfəri zamanı səsləndirdiyi fikirlərlə bağlı yerli mətbuatın sualına cavabında bildirib.

XİN rəsmisi bildirib ki, Azərbaycan öz ərazilərindəki bütün mədəni və ta­rixi abidələrin mühafizəsinin vacibliyini və bu xüsusda, öhdəliklərini çox gözəl dərk edir. Fransanın başqa xalqlara məxsus tarixi və mədəniyyət sərvətlə­rini müsadirə etmiş ölkə kimi belə iddi­alar qaldırmağa heç bir mənəvi haqqı yoxdur.

XQ

Siyasət