Almaniya Bundestaqının Xarici əlaqələr komitəsinin sədrinin bəyanatı rədd edilir

post-img

Almaniya Bundestaqının Xarici əlaqələr komitəsinin sədri Maykl Rotun İrəvana səfəri zamanı verdiyi qeyri-obyektiv, mövcud reallıqları təhrif edən bəyanatları təəssüf doğurur.

Bu barədə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin etiraz bəyanatında bildirilib.

"Biz, öz növbəmizdə, almaniyalı həmkarımızın Ermənistanın 30 il ərzin­də Azərbaycana qarşı törətdiyi hərbi ci­nayətlərlə bağlı, o cümlədən həm Ermə­nistanda, həm də Azərbaycanda mədəni abidələrin dağıdılması, tarixi irsin silinmə­sinə görə Ermənistana sanksiyaların tət­biq olunması üçün çağırış etmədiyi halda, Azərbaycanı sanksiyalarla hədələməsini siyasi riyakarlıq kimi qiymətləndirir, ikili standartların bariz nümunəsi kimi qəbul edirik.

Azərbaycan Respublikasının Mil­li Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi olaraq Almaniya Bundestaqının Xarici əlaqələr komitəsinin sədri Maykl Rotun verdiyi bəyanatları bir daha qətiyyətlə rədd edirik”, - bəyanatda vurğulanır.

XQ

Siyasət