Oktyabrın 23-də Tacikistanın müdafiə naziri, general-polkovnik Şerali Mirzonun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov nümayəndə heyətini salamlayaraq onları ölkəmizdə görməkdən məmnunluğunu bildirib. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunda aparılan islahatlar, azad edilən ərazilərdə görülən işlər barədə danışıb.
Azərbaycana səfərindən məmnunluq ifadə edən Tacikistanın müdafiə naziri isə öz növbəsində səmimi görüşə görə minnətdarlığını çatdırıb.
Görüşdə Azərbaycan ilə Tacikistan arasında hərbi, hərbi-texniki, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə edilib.
XQ

