QAİ Frankofoniya Təşkilatının qərəzli mövqeyini pisləyib

post-img

Ermənistan və Fransa Beynəlxalq Frankofoniya Təşkilatını (BFT) qatı anti-Azərbaycan platformasına çevirmək cəhdlərini davam etdirir. Bu xüsusda, BFT-nin baş katibinin İrəvanda verdiyi son açıqlamalar narahatlıq doğurur. Bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı açıqlamada bildirilib.

Qeyd olunub ki, Qarabağda erməni mədəni irsinin qorunmasının vacibliyi­ni qabardan baş katibin Ermənistanda Azərbaycan xalqına mənsub olan mə­dəni irsin acınacaqlı vəziyyətinə toxun­maması açıq-aşkar qərəz və ikili stan­dartların təzahürüdür.

Qərbi Azərbaycan İcması BFT-nin baş katibini Ermənistan və Fransanın Azərbaycana qarşı çirkin fəaliyyətində alətə çevrilməməyə və Azərbaycanla bağlı açıqlamalarında ehtiyatlı və mə­suliyyətli olmağa çağırır.

XQ

Siyasət