Kamran Əliyevin çinli həmkarı ilə görüşü

post-img

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Pekində işgüzar səfərdədir. Oktyabrın 19-da Çinin Baş prokuroru Yinq Yonq ilə ikitərəfli görüş keçirilib.

Nümayəndə heyətini səmimi salam­layan Yinq Azərbaycan və Çinin dost dövlətlər olduğunu bildirərək bir çox sahəni əhatə edən uğurlu əməkdaşlı­ğın davam etdirildiyini vurğulayıb. Baş prokuror vəzifəsinə təyin olunması ilə əlaqədar təbrik məktubuna görə azər­baycanlı həmkarına təşəkkürünü ifadə edib. 

Kamran Əliyev qonaqpərvərliyə görə minnətdarlığını bildirərək ölkələri­miz arasında əsrlər boyu mövcud olan ikitərəfli əlaqələrin tarixindən danışıb. Müstəqilliyin ilk illərində Ulu öndər Heydər Əliyevin, müasir zamanımız­da isə Prezident İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpi­nin uzaqgörən siyasətləri nəticəsində iki ölkə arasında olan münasibətlərin yüksələn xətlə və uğurla inkişaf etdiyi vurğulanıb. 

Daha sonra tərəflər prokurorluqla­rımız arasında hüquqi və institusional əməkdaşlığın ikitərəfli və beynəlxalq platformalar çərçivəsində genişləndiril­məsi perspektivləri barədə fikir müba­diləsi aparıblar. 

Yinq Yonq həmkarını növbəti ilin aprel ayında Makauda keçiriləcək Bey­nəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin iclasına, Kam­ran Əliyev isə həmkarını 2024-cü ilin sentyabr ayında ölkəmizdə keçiriləcək ümumdünya prokurorlarının illik konf­ransına işgüzar səfərə dəvət edib. 

XQ

Son xəbərlər