Avropa Fransaya müstəmləkəçiliklə bağlı təzyiq göstərmir

post-img

Fransa əlindən gələni edir ki, Avropa ölkələri müstəmləkə məsələsindən uzaq qalsın, marağında olmasın.

Bu barədə Qvadelupanın azadlı­ğı naminə xalq birliyinin nümayəndəsi Yakop Bisep mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, Fransa Avropa İtti­faqında müstələməkə tərəfdarı lobbilə­rin səsinin eşidilməsinə çalışır.

“Avropa Fransaya müstəmləkəçi­liyə son qoymaqla bağlı heç bir təzyiq göstərmir. Aİ-də olan üzv dövlətlərin bəziləri də müstəmləkə dövləti olublar”, – deyə o bildirib.

Qeyd edək ki, Bakıda Bakı Təşəb­büs Qrupunun təşkilatçılığı ilə “Neo­kolonizalizm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” adlı beynəlxalq konfrans keçiriləcək.

Bakı Təşəbbüs Qrupu (BTQ) Azərbaycan Respublikasının səd­rlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 6 iyul 2023-cü ildə Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərə­findən yaradılıb.

BTQ XXI əsrdə hələ də müstəm­ləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqla­rın azadlıq uğrunda apardıqları müba­rizəyə dəstək verir.

XQ

Siyasət