Əli Əsədov Türkiyə nazirini qəbul edib

post-img

Oktyabrın 19-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Türkiyə Respublikasının ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaşla görüşüb.

Nazirlər Kabinetinin mətbuat xid­mətindən bildiriblər ki, görüşdə iki ölkə arasında dostluq və qardaşlıq münasi­bətlərinin bir millət, iki dövlət prinsipinə uyğun olaraq bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub.

Ə.Əsədov Azərbaycanda sosial sahədə aparılan ardıcıl islahatlar, əha­linin rifah halının və sosial təminatının yaxşılaşdırılması, əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin artırılması is­tiqamətində görülən davamlı tədbirlər barədə məlumat verib.

Bununla yanaşı, əhalinin dövlət orqanlarının xidmətlərinə əlçatanlığının təmin edilməsi və vətəndaş məmnunlu­ğunun artırılması prioritet istiqamətlər kimi dəyərləndirilib.

Türkiyəli nazirin Bakıda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş Azər­baycan Qadınlarının 6-cı Qurultayında iştirakının əhəmiyyəti vurğulanıb.

Diqqətə çatdırılıb ki, 25 il əvvəl Ulu öndərin təşəbbüsü və iştirakı ilə keçi­rilən Azərbaycan Qadınlarının 1-ci Qu­rultayı müasir dövrdə ölkəmizdə qadın hərəkatının əsasını qoymuşdur.

Vurğulanıb ki, hələ 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə qadınlara seçmək və seçilmək hüququ verən ilk dövlət olmuşdur. Azərbaycan dövlətinin bu gün qadın hüquqlarının təmin olunmasına xüsusi önəm verdi­yi bildirilib. Ölkədə gender bərabərliyi­nin, qadınların sosial və ictimai həyatın bütün sahələrində bərabər iştirakının təmin edilməsinə yönəlmiş siyasətin aparıldığı qeyd olunub.

Eyni zamanda, Azərbaycanda uşaq hüquqlarının təmin olunmasının da diqqət mərkəzində olduğu diqqətə çat­dırılıb. Ölkəmizdə uşaqların müdafiəsi üçün kompleks tədbirlər həyata keçiri­lir. Bu tədbirlərin bir istiqaməti də uşaq əməyinin istismarına qarşı mübarizəyə yönəlib. Ötən dövrdə ölkəmiz BMT-nin “Uşaq Hüquqları haqqında” Konven­siyası da daxil olmaqla bir sıra bey­nəlxalq sənədlərə qoşulub.

Həmçinin Azərbaycan ilə Türkiyə arasında ailə, qadın və uşaq problem­ləri sahəsində qarşılıqlı faydalı əmək­daşlığın mövcud olduğu vurğulanıb. Bu baxımdan ötən ilin noyabr ayında İstanbulda Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hö­kuməti arasında ailə, qadın və uşaq məsələləri üzrə Fəaliyyət Planının im­zalanmasının önəmi qeyd olundu, ötən dövr ərzində Fəaliyyət Planının icrası çərçivəsində görülən işlər təqdir edilib.

Həmçinin dünən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Türkiyə­nin Ailə və Sosial Xidmətlər Nazirliyi arasında imzalanmış 2024-2025-ci illər üzrə Fəaliyyət Planının əhəmiyyətinə toxunulub.

Görüş zamanı iki ölkə arasında qarşılıqlı maraq doğuran müxtəlif is­tiqamətlərdə əməkdaşlığın perspektiv­ləri müzakirə edilib.

XQ

Son xəbərlər