Xankəndidə bayrağımızın qalqırılması bəzi siyasi dairələrə tutarlı cavab oldu” – ŞƏRH

post-img

"Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Xankəndi üzərində Azərbaycan Dövlət Bayrağının qaldırılmasının Prezident seçilməsinin 20 illiyinə təsadüf etməsi rəmzi məna daşıyır”. 

Bu fikiri XQ-yə siyasi şərhçi Aydın Quliyev deyib.

O, qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələrinin parlaq qələbəsi ilə başa çatmış 44 günlük müharibədən sonra bəzi siyasi dairələr qələbəmizi yarımçıq hesab edirdilər. Prezident İlham Əliyev hadisələri təmkinlə qarşıladı. O, nəyi, necə və nə vaxt etməli olduğunu yaxşı bilirdi. Məhz Xankəndidə bayrağımızın dalğalandırılması həmin dairələrə tutarlı cavab oldu.  

Siyasi şərhçi vurğulayıb ki, Azərbaycanın Qarabağı azad etməsi ölkəmizin birliyini, bütövlüyünü, güclü olmasını göstərdi: “Prezident İlham Əliyev Xankəndidə dövlət bayrağımızın dalğalandırmaqla separatizmə, buna dəstək verənlərə bildirmiş oldu ki, özünüz və güvəndiyiniz revanşist qüvvələr bir daha Azərbaycanın suverenliyini pozmağa cəhd belə edə bilməyəcək”. 

A.Quliyev sonda bildirdi ki, Xankəndidə, Xocalıda və işğaldan azad edilmiş digər şəhərlərimizdə dövlət bayrağımızın ucaldılması suverenliyimizin konstitusiyon formada təsdiqinin əlamətidir. 

 

Rizvan FİKRƏTOĞLU

XQ

Siyasət