"Azərreyl" bu axşam "Balta"nı sınağa çəkəcək

post-img

Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu bu gün Avrokuboklarda 2023-2024-cü illər mövsümünə start verəcək.

Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən XQ-yə bildiriblər ki, təmsilçisimiz Çelenc Kubokunun otuzikidəbir (1/32) final mərhələsində ilk matçına çıxacaq.

Qeyd edək ki, Ukraynanın “Balta” klubu ilə oyun bu axşam saat 20:00-da Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq. 

 

Elçin ABBASOV

XQ

İdman