Millimiz “Qızıl əlcək” beynəlxalq turnirinə yollanıb

post-img

Azərbaycan boks millisi Serbiyanın Çaçak şəhərində keçiriləcək “Qızıl əlcək” beynəlxalq turnirinə yollanıb. Bu barədə XQ-yə Azərbaycan Boks Federasiyasından bildirib. 

Məlumata görə, oktyabrın 18-də başlayacaq yarış dörd gün davam edəcək.

Baş məşqçi Pedro Roke və böyük məşqçi Nəriman Abdullayev “Qızıl əlcək” turnirində Ümid Rüstəmov (60 kq), Ruslan Rüstəmov (63,5 kq), Kamran Şahsuvarlı (75 kq) və Alfonso Domingesə (86 kq) şans verəcəklər. Bu gün yarışın püşkü atılacaq.

Turnirdə ölkəmizi Anar Nağdıyev hakim kimi təmsil edəcək.

Milli komanda oktyabrın 22-də Bakıya qayıdacaq.

Elçin ABBASOV

XQ

İdman