“Azərbaycan dövləti Qarabağı və orada yaşayan vətəndaşlarını heç vaxt tərk etməyib. Azərbaycan başqa ölkənin ərazisini ələ keçirmədi, özünü qaytardı. İndi əsas vəzifə bu regionu Azərbaycanın iqtisadi və sosial məkanına inteqrasiya etmək, onun inkişafı üçün nəzərdə tutulan iddialı layihələri həyata keçirmək, həmçinin bu ərazidə sülh və harmoniyanı qorumaqdır”.
Bu fikirləri tarix elmləri doktoru, Effektiv Siyasət İnstitutunun (Kişinov) direktoru Vitali Andrievski “Caliber”ə bildirib.
V.Andrievski deyib ki, Prezident İham Əliyev Azərbaycan bayrağını Qarabağda dalğalandırmaq hüququna layiqdir. Bu, uzun sürən münaqişənin sona çatmasının və tarixi ədalətin təntənəsinin simvolu idi.
Rizvan FİKRƏTOĞLU
XQ