Prezident İlham Əliyev müasir Azərbaycanın tarixini yazıb. Onun hakimiyyəti dövründə respublika nəinki regionun, hətta dünyanın ən inkişaf etmiş dövlətlərindən birinə çevrildi.
Bunu gürcü ekspert Georgi Qoqua Azərbaycan mətbuatına deyib.
“Hakimiyyət ağıllı, uzaqgörən və sülhsevər liderin əlində olanda Azərbaycan kimi qüdrətli, güclü və nümunəvi dövlət yaranır. Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycan böyük inkişaf və formalaşma yolu keçmişdir. Onun nailiyyətləri tarix kitablarına yazılacaq”, - deyə politoloq bildirib.
Rizvan FİKRƏTOĞLU
XQ