Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan Dövlət Bayrağını Xankəndi şəhərində qaldırması Ermənistanda böyük rezonans yaradıb.
Ermənistandakı revanşist qüvvələrin onlar üçün “Qarabağ məsələsi bağlanmayıb” deməsi fonunda hazırkı reallıqlara ayıq-sayıq qiymətlər də verilir.
Məsələn, politoloq Suren Surenyants öz Facebook səhifəsində Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə Azərbaycan Bayrağının qaldırılması anında çəkilmiş şəklini dərc edib və Qarabağ məsələsinin Ermənistan üçün qapalı olduğunu bildirib.
“Bu foto Qarabağ münaqişəsi səhifəsini bağlayan “Artsax”ın sonudur. Və heç kim xalqı aldatmağa çalışmasın ki, Qarabağın erməni səhifəsi hələ bağlanmayıb”, – erməni politoloq yazıb.
Rizvan FİKRƏTOĞLU
XQ