KİV: Avropa İttifaqı dünyada baş verən münaqişələrin qarşısını almaqda acızdir

post-img

Avropa İttifaqı (Aİ) dünyada baş verən münaqişələrin qarşısını almaqda acızdir. Qarabağda, Kosovoda, Malidəki silahlı toqquşmaları aradan qaldırmaq üçün vasitəçilik edən Aİ heç bir nəticə əldə edə bilmədi.

Bu fikir Çexiyanın idnes.cz saytında dərc olunan məqalədə qeyd olunur. Müəllif nəzərə çatdırır ki, bu və ya digər silahlı toqquşma baş verəndə beynəlxalq ictimaiyyət Aİ-nin mövqeyini gözləyir: “Lakin Aİ-nin mövqeyi və münasibəti heç nəyi dəyişmir”.

Müasir dünyadakı münaqişələri təhlil edən müəllif göstərir ki, Azərbaycan Qarabağı azad etdi.

“Aİ indiyə kimi heç bir münaqişənin həllinə nail ola bilməyib. Aİ-nin mövqeyi birmənalı deyil və buna görə də onun siyasəti başa düşülən deyil”, - deyə məqalədə bildirilib.

Yaxın Şərqdə baş verən silahlı qarşıdurmaya toxunan müəllif yazır ki, Aİ yüksək bəyanatlar səsləndirsə də burada heç nə edə bilməz, çünki Aİ-nin siyasi nüfuzu artıq tükənib.

Siyasət